
Yayda körpələr necə qidalanmalıdır? Həkim Pınar Demirkaya yay aylarında körpələrin qidalanmasında nələrə diqqət edilməsi lazım olduğunu danışıb.
Körpələrin qidalanması fəsillərə görə dəyişə bilər. Yayda temperaturun artması ilə körpələrin maye içməsinə daha çox diqqət yetirilməlidir. Əgər körpəniz 6 aydan azdırsa, veriləcək ən yaxşı qida ana südüdür. Su verməyə ehtiyac yoxdur. Çünki ana südünün 87%-i sudan ibarətdir. 6-12 aylıq dövrdə körpələrə 2 stəkan təmiz su verilə bilər. Körpələrdə isti havalarda iştahsızlıq ola bilər. Belə hallarda yeməklərini bölün və daha az miqdarda qidalandırın. Mövsümdə yeyilən meyvə və tərəvəzlər vitaminlərlə zəngindir. Yay aylarında balqabaq, qarpız, qovun, badımcan, ərik və şaftalı kimi yüksək lifli və sulu qidalar seçilərək maye itkisinin qorunması təmin edilir. Nəzərə alın ki, yayda toyuq və süd məhsulları tez xarab olur. Bişmiş yeməkləri çöldə saxlamayın, soyuducuda saxlayın. Butulka əvəzinə qaşıq və stəkan istifadə etməyə diqqət edin. Butulka nə qədər təmiz olsa da, isti havada bakteriyalar çoxalır. Körpəni butulka ilə qidalandırmaq ağız və dişlərin inkişafına mənfi təsir göstərə bilər.
Mənbə: Lezzet.com.tr
Tərcümə etdi: Sayad Qoşnalıyeva
