Bu gün:

Başsız heykəllərin sirri nədən ibarətdir?


Muzeylərdə gördüyümüz başsız heykəllərin heç də hər biri zərər görməyib, yəni bəziləri qəsdən belə düzəldilib. Xüsusilə, Roma dövründə heykəllərin başı dəyişdirilə biləcək formada hazırlanıb. 

Romalılar heykəllərin başını asanlıqla dəyişmək üçün xüsusi bir sistem qurublar. Onlar lider və ya qəhrəmanların nüfuzunun zamanla azala biləcəyini düşündükləri üçün heykəlləri standart bədən və dəyişə bilən başla hazırlayıblar.

Beləliklə, qədim dövrdə məşhur fiqur dəyişəndə, sadəcə başı dəyişməklə heykəl yenilənə bilirdi. Bu üsulla eyni bədənə yeni bir liderin və ya tanrının başı taxılırdı. Zaman keçdikcə isə təbii təsirlər, müharibələr heykəllərin baş hissəsinin itməsinə səbəb olub. Axı baş heykəlin ən həssas yeridir və asanlıqla zədələnə bilərdi.

Bu gün muzeylərdə gördüyümüz bəzi başsız heykəllər zamanın təsiri ilə zədələnib. Amma Romada nüfuzunu itirən şəxslərin heykəlləri qəsdən başsız qoyulub, çünki bu, onları tarixdən silməyin bir yolu olub. Antik Yunanıstanda isə heykəllərdə əsas diqqət bədənin ideal formalarına yönəlirdi, baş isə çox vaxt önəmli sayılmayıb və hətta əlavə olunmadan da heykəl tamamlanıb.

Yunan inancına görə, bədən keçici, ruh isə əbədidir. Buna görə, bəzi dini heykəllərin başı bilərək çıxarılıb və bu, ruhun önəmini vurğulamaq üçün edilib. Başın olmaması isə bədii dəyəri azaltmayıb. Əgər kompozisiyanın bütövlüyü qorunubsa, bu, tamamilə qəbul edilən sayılıb. 

Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et