Yaxşı teatr bizi dərin duyğulara qərq edə bilər – bu ifadə adətən metaforik mənada başa düşülür. Amma Şekspirin ən qanlı əsəri olan “Titus Andronikus” sözün əsl mənasında bədəni təsirləndirə bilər.
1591-92-ci illərdə yazılan və Şekspirin ilk faciəsi olan “Titus Andronikus” intiqam mövzusunda yazılan zorakı bir hekayədir. Roma generalı Titus müharibədən dönərkən Gotların kraliçası Tamora və oğullarını əsir alır. Oğlunu qurban verdikdən sonra Tamora intiqam andı içir və hadisələr bir-birinin ardınca faciəli şəkildə inkişaf edir. Əsərdə 14 ölüm hadisəsi olur və son səhnələrdən biri insan ətindən bişirilən piroqlarla yadda qalır. Əsərin həddindən artıq zorakı olması səbəbindən illərlə bu tamaşa Şekspirin reputasiyasına “ləkə” kimi görülüb. Viktorian dövründə tamaşaya nifrət edilib. Lakin XX əsrin ikinci yarısından başlayaraq onun nüfuzu yüksəlməyə başlayıb. Laurence Olivier (1955), Patrick Stewart (1981), Brian Cox (1987) və David Bradley (2003) kimi aktyorlar bu rolu ifa ediblər. Anthony Hopkins 1999-cu ildə Julie Taymorun filmində Titus rolunda çıxış edib.
Əsər müxtəlif səhnələşdirmələrdə fərqli yollarla təqdim edilib: Peter Brookun rejissorluğu ilə Lavinianın əlil qalması qırmızı lentlərlə simvolik şəkildə göstərilib. 2023-cü ildə Londonun Sam Wanamaker teatrında isə zorakılıq şamlarla simvolik olaraq göstərilib.
Webster bu tamaşanın müasir dünyada baş verən hadisələrə – Qəzza müharibəsi, Rusiya-Ukrayna münaqişəsi bənzər olduğunu vurğulayır. “Bu oyun bir ağrı fəryadıdır”- deyir o.
Amma niyə insanlar belə zorakı səhnələrə baxmaq istəyir? Webster düşünür ki, zorakılığı izləmək bizdə olan qaranlıq hissləri təhlükəsiz formada yaşamağa imkan verir. Tədqiqatlara görə, qorxu hissindən yaranan adrenal artımı həyəcan hissi ilə eyni fizioloji təsiri göstərir. Yəni biz bəlkə də real həyatda yaşamaq istəmədiyimiz hissləri teatr və ya film vasitəsilə yaşamaqdan zövq alırıq.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
