Bu gün:

Qırğızıstan Prezidenti Japarov ABŞ-ni ölkəsinin daxili işlərinə qarışmamağa çağırıb


Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ Dövlət Katibi Antoni Blinkenin ölkədəki qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı narahatlıqlarını ifadə etdiyi məktuba cavab olaraq ABŞ-ni ölkəsinin daxili işlərinə qarışmamağa çağırıb. Prezident Japarov Blinkenin məktubunun Qırğızıstanın daxili işlərinə müdaxilə əlamətləri daşıdığını bildirib.

Məktubda Japarov Qırğızıstanda on minlərlə QHT-nin uğurla fəaliyyət göstərdiyini, lakin bəzilərinin xarici maliyyə dəstəyi ilə yanlış və etibarsız məlumatlar yaydığını qeyd edib. O, ölkədə müzakirə olunan və ABŞ-nin “Foreign Agents Registration Act” (FARA) qanununa bənzər bir qanun layihəsinin məqsədinin QHT-lərin fəaliyyətini tənzimləmək və şəffaflığı təmin etmək olduğunu vurğulayıb .

Prezident Japarov məktubunun sonunda ABŞ ilə əməkdaşlığa hazır olduğunu bildirərək, “Yeganə xahişim – ölkəmizin daxili işlərinə qarışmamağınızdır” ifadəsini işlədib . 



Mənbə: rferl.org

Tərcümə etdi: Nazrin Humbat

Paylaş
Şərh əlavə et