Rusiya prezidenti Volodimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə müharibənin ilkin mərhələlərindən bəri ilk dəfə ikitərəfli danışıqlara açıq olduğunu bildirib.

Bazar ertəsi Rusiya dövlət televiziyasına danışan V. Putin deyib ki, Rusiya "hər hansı sülh təşəbbüslərinə həmişə müsbət baxıb. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də eyni cür hiss edəcəklər".
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinin şərhləri Ukrayna ilə mülki hədəflərə zərbə endirməmək barədə birbaşa danışıqlara hazır olduğunu göstərir.
Bu arada Rusiyanın Ukrayna şəhərlərinə zərbələri davam edir. Çərşənbə axşamı Zaporojjyada yaşayış binasına dəymə nəticəsində bir qadın ölüb, ikisi uşaq olmaqla 15 nəfər yaralanıb.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
