ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevin NATO üzvlüyü ilə bağlı "NATO-dan söhbət gedə bilməz. Siz onun bir parçası olmayacaqsınız",-deyə qeyd edib. Xüsusi Nümayəndə Kelloq Fox News-a bildirib ki, Ukraynada sülh potensialı ilə bağlı NATO qiymətləndirmələr aparıb.
Kelloq bildirib ki, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır. O, həmçinin qeyd edib ki, ABŞ-ın qlobal miqyasda diqqət yetirməli olduğu bir çox məsələ mövcuddur və uzun müddət davam edən Rusiya-Ukrayna müharibəsi yeni bir fürsət yarada bilər.
Mənbə:TRT Haber
Tərcümə etdi: Fidan Fərhad
