
Meşələrin vazkeçilməz ağaclarından olan çinar genişliyi və hündürlüyü ilə diqqət çəkir. Möhtəşəm görünüşünə görə sənətin bir çox sahələrinə də mövzudur.
Çinarın vətəni Amerika qitəsinin şimal hissələri, eləcə də Avropa və Asiya qitələrinin şərq hissəsidir. Hündür olan çinarın gövdəsi qalın və genişdir. Son dərəcə davamlı olan çinar toz və torpaqdan qətiyyən təsirlənmir.

Çinar son dərəcə əzəmətli olduğundan kölgəsi geniş ərazini əhatə edir. Çinarların içi qurusa belə, həyatlarını davam etdirə bilirlər. Məlumdur ki, çinarların ömrü 1000 ildən çox ola bilər.

Çinar ağacını necə yetişdirmək olar?
Çinarın inkişafı toxumla təmin edilir. Park və bağlarda mənzərə ağacı kimi istifadə edilən çinar çox uzun olduğu üçün müəyyən aralıqlarla əkilməlidir. Yol kənarlarında əkmək tövsiyə edilmir. Növünə görə 10-15 il içində yetkin ağaca çevrilən çinar nəmli torpaqlarda daha tez böyüyür.
Mənbə: Milliyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
