Bu gün:

Ədviyyatları necə saxlamaq lazımdır?


Son istifadə tarixi qida təhlükəsizliyi baxımından mühüm prosedurdur. Əgər məhsulun yararlılıq müddəti keçibsə, istifadə edilməməlidir. Qablaşdırılmış ədviyyatların üzərində adətən, son istifadə tarixi olur. Ancaq ədviyyatı kiloqram ilə alırsınızsa, heç bir son istifadə tarixini görə bilməzsiniz. Belə hallarda ədviyyatların saxlama müddətini bilmək lazımdır.

Ədviyyatların ortalama müddəti 3 ildir

Hər bir ədviyyatın saxlama müddəti otdan asılı olaraq dəyişir. Ədviyyatın emal üsulu, qablaşdırılması və saxlanma şəraiti saxlama müddətinə təsir edən amillərdəndir. Orta hesabla, qurudulmuş ədviyyatların və otların əksəriyyətinin yararlılıq müddəti üç ildir.

Ancaq bəzi ədviyyatların saxlama müddəti daha qısadır. Ədviyyatların təzə olub olmadığını müəyyən etmək üçün nəzərə alınmalı bir neçə üsul var. Bunlara rəngin dəyişməsi, ətir itkisi, kif əlamətləri daxildir. Bu əlamətlərdən hər hansı biri görünsə, o ədviyyatı atmalısınız.

Ədviyyatların  ömrünü uzatmaq üçün onları hermetik şəkildə sərin, qaranlıq və quru yerdə saxlamalısınız. Çöldə birbaşa günəş işığı altında saxlasanız, ədviyyat istiliyi özünə çəkib nəmləndiyi üçün tez xarab ola bilər.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et