Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı Ukraynanın bəzi yerlərində hələ də hərbi əməliyyatlar apararkən atəşkəs “təəssüratını” yaratmaqda ittiham edib.

Rusiya prezidenti Vladimir Putinin əmri ilə elan olunan “Pasxa barışığı”nın ilk altı saatı ərzində Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin 387 atəş açdığını, 19 hücum həyata keçirdiyini və pilotsuz təyyarələrdən 290 dəfə istifadə etdiyini bildirib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Putin öz qüvvələrinə şənbə günü Moskva vaxtı ilə saat 18:00-dan (BST 16:00) bazar günü gecə yarısına qədər Ukraynada "bütün hərbi fəaliyyəti dayandırmağı" əmr edib. Kiyev isə buna əməl edəcəyini bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
