Bu gün:

Bataqlıqlar haqqında həqiqətləri bilirsinizmi?


Yəqin ki, bir çox döyüş filmlərində gərginlik yaratmaq üçün istifadə edilən bataqlıqları görmüsünüz. Adətən, personajlardan biri fərqinə varmadan bataqlığa düşür və saniyə-saniyə batmağa başlayır. Sonda bataraq həyatını itirir. Yaxşı, gəlin görək bu vəziyyətin reallığı nədir?

Bataqlıq dediyimiz şey su ilə doymuş, maye kimi olan qumdur. Bataqlıqlar tamamilə məyusedici ola bilər, lakin burada  filmlərdə təsvir olunan kimi ölmək mümkün deyil, çünki bataqlıq insan bədənindən daha sıxdır. İnsanlar və heyvanları içəridə sıxışdıra bilər, lakin onlar dibinə çəkə bilməz.

Yenə film şablonlarına əsaslanaraq

Bataqlıqda hərəkət etmək batmağınıza səbəb olmaz. Əksinə, çıxışa yol açar. Bataqlıqdan çıxmaq üçün bədən çəkinizin daha böyük bir əraziyə paylanması üçün arxaya söykənmək məntiqli bir fikirdir. Bu yolla bataqlıq yavaş-yavaş cazibəsini zəiflədə bilər.

Ancaq bir şey dəqiqdir. Çıxmaq, şübhəsiz ki, vaxt aparacaq, çünki fiziklər ayağınızı saniyədə bir santimetr sürətlə bataqlıqdan çıxarmaq üçün tələb olunan qüvvənin orta ölçülü avtomobili qaldırmaq üçün lazım olan qüvvəyə bərabər olduğunu hesablayıblar.

Mənbə: Britannica

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et