ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına bir qrup venesuelalı dəstə üzvünün deportasiyasını dayandırmağı əmr edib.
Kişilər Texasın şimalında 18-ci əsrin müharibə qanununa əsasən həbsdə saxlanılır və vətəndaş azadlıqları qrupu hökuməti məhkəməyə verib, çünki onların bu ittihamlara məhkəmədə etiraz etmək imkanı olmayıb.
Donald Tramp venesiyalı cinayətkar dəstə üzvlərini El Salvadordakı məşhur böyük həbsxanaya göndərərək prezidentə adi hüquqi prosedurlar olmadan yerli əhalinin və ya “düşmən” xalqların vətəndaşlarının tutulması və deportasiya edilməsini əmr etmək səlahiyyəti verən 1798-ci il Yad Düşmənlər Aktına istinad edib. Akt əvvəllər yalnız 3 dəfə yalnız müharibə dövründə istifadə olunub.
Sonuncu dəfə İkinci Dünya Müharibəsi zamanı yapon əsilli insanların məhkəməsiz həbs edildiyi və minlərlə insanın məcburi saxlanılma düşərgələrinə göndərildiyi zaman çağırılıb.
Yanvar ayında vəzifəyə gəldikdən sonra Trampın sərt immiqrasiya siyasəti bir sıra hüquqi maneələrlə qarşılaşıb.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
