Bu gün:

Pişiklər nələrdən qısqanır?


İnsanlar kimi, pişiklərin də fərqli şəxsi xüsusiyyətləri var. Onlardan biri qısqanclıq və ya ən azından qısqanclığa bənzər bir şeydir. Bəs niyə pişiklər qısqancdır?

Əslində, fısıltı, əzmək, cızmaq və ya püskürtmək pişiklərin ətraf mühitə nəzarət etmə üsullarından bəziləridir. Bu davranışlar çox vaxt qısqanclıq deyil, narahatlıq əlamətləridir. Beləliklə, pişiklərin niyə qısqanc olması sualının cavabı bir qədər mübahisəlidir. Qısqanclıq kimi gördüyümüz bəlkə də tam olaraq qısqanclıq deyil.

Narahat pişiklər tez-tez diqqət tələb edir və soyuqqanlı pişiklərdən daha yapışqan olurlar. Bu əsəbi olsa da, bu davranışı aradan qaldırmaq üçün atacağınız addımlar var. Əsas odur ki, pişiyin niyə belə hiss etdiyini öyrənməyə çalışmaqdır.

Niyə pişiklər narahatlıq davranışını nümayiş etdirirlər?

Bəzi insanlar kimi, pişiklər də özlərini təcrid olunmuş hiss etdikdə və ya mühitləri qəfil dəyişdikdə narahat olurlar. Təşviş pozuntusu hər hansı bir hadisə ilə tətiklənir:

Tüklü dostlarımız rutinləri dəyişdikdə narahatlıq əlamətləri göstərir. Məsələn, yeni doğulmuş körpə və ya ev heyvanı kimi yeni bir ailə üzvünün gəlişi. Kompüterinizdə və ya telefonunuzda sərf olunan vaxtın artması da yapışqan davranışa səbəb olur. Pişiyin gündəlik işində, o cümlədən qidalanma cədvəlində qəfil dəyişiklik narahatlığa səbəb olur.

Əgər bala pişik yetərincə ictimailəşmirsə, bu, onun sizdən asılı olmasına səbəb olacaq. Hətta zaman-zaman onun narahatlıq əlamətləri göstərməsinə səbəb olur. Ayrılıq narahatlığı pişiklərdə görülən bir davranışdır. Beləliklə, əgər pişiyiniz hər zaman orada olmağınıza öyrəşibsə və birdən iş üçün daha çox səyahət etməyə başlasanız, bu, narahatlığa səbəb olur.

Səs-küyün artması, mebellərrin başqa otağa keçirdilməsi, yeni ziyarətçilər və ya tualetlərinin yerləşdiyi yerdəki dəyişikliklər kimi sadə şeylər pişiklərdə narahatlıq yaradır.

Narahat davranışla necə davranmalı?

Narahat bir pişiyi idarə etmək çətindir. Ancaq arzuolunmaz davranışı aradan qaldırmaq və ya azaltmaq üçün edə biləcəyimiz şeylər var.

Pişiyinizin narahatlığının səbəbini müəyyən edin

Etməli olduğumuz ilk şey, bu davranışlara nəyin səbəb olduğunu müəyyən etməkdir. Narahatlığın səbəbini başa düşsəniz, problemi həll etmək mümkündür. Özümüzə evdə nəyin dəyişdiyini soruşa bilərik:

  • Evə yeni kimsə gəlib?
  • Bu yaxınlarda evə yeni bir körpə və ya ev heyvanı gəldi?
  • Daha əvvəl etmədiyimiz bir işə daha çox vaxt sərf edirik?

Pişiyinizlə çoxlu vaxt keçirin

Bir pişikdə narahat davranışı azaltmağın ən asan yolu onunla daha çox vaxt keçirməkdir. Əlavə diqqət çox vaxt pis davranışdan çəkindirir. Əlbəttə ki, bunun bir çox yolu var:

  • Siz pişik dostunuza tük və lazer göstəricilər kimi bir neçə interaktiv oyuncaq ala bilərsiniz.
  • Evə gələndə ona qulluq edin və boş vaxt tapın.
  • Bu vaxtlarda bir neçə dəqiqə ona bütün diqqətinizi verin.
  • O, yaxşı davrandıqda yemək mükafatıyla təltif edin

Mənbə: Heymypet.com

Tərcümə etdi: Amin Həsənli


Paylaş
Şərh əlavə et