
ABŞ dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, ABŞ yaxın günlərdə vasitəçilikdən imtina edəcək. "Biz bu səyləri həftələr və ya aylarla davam etdirmək fikrində deyilik",-deyə bildirib. O həmçinin əlavə edib ki, Birləşmiş Ştatların "diqqət yetirməli olduğu başqa prioritetləri var".
Qeyd etmək lazımdır ki, Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğala başlayıb və mümkün atəşkəs üçün bir sıra şərtlər qoyub. Tramp administrasiyası əvvəlcə razılaşmanın tez əldə olunacağına əmin olsa da, Vaşinqtonun hər iki tərəfi günahlandırması ilə tam atəşkəs cəhdləri hələ də baş tutmayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva
