Bu gün:

Uşaqlarla dost ola bilən it növləri


Bütün itlər sevgi dolu heyvanlardır. Hamısı insanlar və uşaqlarla ünsiyyətdən zövq alırlar. Ancaq uşaqlarla ən yaxşı dost olmaq üçün kifayət qədər yaxşı anlaşan bəziləri var. 

Uşaqlarla yaxşı anlaşa bilən it cinsləri:

1. Boxer

Boxer növü oynaq it kimi tanınır və uşaqlarla oyun yoldaşı olmaqdan çəkinmirlər. Aktiv bir it, o, sonsuz enerjisi və açıq hava sevgisi olan uşaqlarla da yaxşı yola gedir. O, uşaqların sevəcəyi uşaq xarakterli tip kimi tanınır. O, bəzən yöndəmsiz olsa da, yenə də çox sevilir. Ona diqqət yetirin ki, o, yöndəmsiz olmasın və təsadüfən körpələri yerə atmasın.

 2. Labrador Retriever

Labradorlar sadiq ailə itləri kimi tanınır. Balanslı, gec aqressivləşən itlərdən biridir. Ekstrovert, mehriban, mülayim və çox ağıllı itlərdir. Evdəki uşaqlar və digər ev heyvanları ilə çox yaxşı anlaşırlar. Uşaqların onları qucaqlamasına, oxşamasına və ya dürtməsinə dözürlər. Onların rahat davranışları kiçik uşaqları olan ailələr üçün böyük bir artıdır. Onların çoxlu gündəlik məşqə və hərəkətə ehtiyacı olduğu üçün onlar həyətdə yaşamağı sevəcəklər.

3. Golden Retriever

Golden Retriever uzun tüklü Labradora çox bənzəyir. Onların xasiyyəti Labrador kimi yumşaq, rahat, dözümlü və sakitdir. Bu cins, bol enerjisini sərbəst buraxmaq üçün konstruktiv bir üsula malik olmadıqda, hiperaktiv və bir qədər idarəolunmaz hala gələcək. Oynaq və ağıllı cins, məktəb yaşlı uşaqlar üçün əla yoldaş olurlar. Həmçinin gətirmək oyunun və digər bağ oyunlarından həzz alır.

4. Poodle

Pudel son dərəcə ağıllı və əla xasiyyətə malik it cinsidir. Kanişin yüksək enerjisi çox vaxt uşağın enerjisi ilə üst-üstə düşür. Poodle növü; Bu mehriban, şirin, incə və səbirli bir itdir. Poodle növü bir neçə fərqli ölçüdə gəlir. Bəzi valideynlər uşağının yaşını növün ölçüsünə uyğunlaşdırır. Yəni uşaqlı ailələr oynayarkən Pudel ilə rahat hərəkət edəcək ölçülərə üstünlük verirlər. Təbii ki, bunu tövsiyə etmirik. Əhəmiyyətli olan bir ruhu həyatınıza daxil etmək və onunla sevgi ilə yaşamaqdır.

5. Bichon Frise

Bu kiçik it cinsi  pambıq toplarla oynamağı sevir və ümumiyyətlə çox hiperaktiv cins deyil. O, mehribandır və uşağın ruhuna uyğun enerjiyə malikdir. Bu, həm də kiçik uşaqları qorxutmayan kiçik bir itdir. Ancaq uşaq onu həddindən artıq əsəbləşdirərsə, o, ancaq səsini qaldıracaq. Son dərəcə sakit və sakit it cinsidir.

Mənbə: Heymypet.com

Tərcümə etdi: Amin Həsənli


Paylaş
Şərh əlavə et