Bu gün:

Ölümündən sonra edam edilən Britaniya lordunun hekayəsi


İngiltərədə edam adi hal olsa da, heç biri Oliver Kromvelin maraqlı hekayəsi kimi olmayacaq, çünki Kromvel ölümündən 3 il sonra məzarını qazaraq edam edilib.

Adətən böyük cinayət törətmiş şəxslər cəza olaraq edam edilirdilər. Amma bu edamların heç biri Oliver Kromvelin edamı qədər qəribə olmayacaq.

Oliver Kromvelin ləqəbi "Lord Protector" (Qoruyucu Lord) dur.

Oliver Kromvel İngiltərə, Şotlandiya və İrlandiya Birliyinin Lord Qoruyucusu kimi tanınırdı, vətəndaş müharibəsində Kral I Çarlzı məğlub etdikdən sonra qazandığı vəzifə. O, I Karlın ölüm əmrini imzalayanlardan biri idi.

Kromvel 3 sentyabr 1658-ci ildə 59 yaşında təbii səbəblərdən öldü.

Onun ölümünə malyariya və böyrək xəstəliyinin bir növü səbəb olub. İndiyə qədər hər şey normaldır, amma tezliklə hər şey qəribələşəcək.

Kromvelin oğlu Riçard parlamentdəki yerini aldı.

Lakin Riçard atası qədər uğur qazana bilmədi və ordu ilə yaxşı münasibət qurmadı. Bu müddət ərzində Parlamentlə ordu arasında qarşıdurma yaranıb və Riçard cəmi 9 ay vəzifəsindən qaldı.

1661-ci ildə ölümündən sonra Kromvel II. Çarlz tərəfindən mühakimə olundu və vətənə xəyanətdə təqsirli bilindi.

Kromvelə edam cəzası veriləcək, lakin bir problem var idi. Kromvel bu hökmdən 3 il əvvəl artıq ölmüşdü.

Tapılan qeyri-adi üsul, Kromvelin məzarından çıxarılması idi.

Kromvel məzarından çıxarılaraq başı kəsildi. Kromvelin başı daha sonra Vestminster zalının yaxınlığındakı iyirmi metrlik nizənin içinə keçirildi və illər boyu orada qaldı.

İllər sonra Kromvelin başı Wilkinson ailəsinə satıldı.

Wilkinson ailəsi Kromvelin başını illərlə xüsusi qutuda gizlətdi. Kromvelin ölümündən üç əsr sonra onun başı Kembricdəki Sidney Sasseks Kollecinə bağışlanıb və bu gün də burada saxlanılır.

Mənbə: Rmg.com.uk

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et