Bu gün:

Tramp və Meloni ABŞ-nin Avropa ilə ticarət razılaşmasını müzakirə edirlər


İtaliyanın Baş naziri Vaşinqtona səfəri zamanı Donald Tramp və Giorgia Meloni ABŞ ilə Avropa arasında ticarət razılaşması ehtimalını müzakirə ediblər.

"Ticarət razılaşmasının 100 faiz baş tutacağını" deyən Tramp, bunun "ədalətli bir razılaşma" olacağını da əlavə edib. Meloni isə razılığa gələ biləcəklərinə "əmin olduğunu" bildirib və daha sonra əsas məqsədinin "Qərbi yenidən böyük etmək" olduğunu vurğulayıb.

Meloni, Trampın blokdan idxala 20% rüsum tətbiq etməsindən sonra Vaşinqtona səfər edən ilk Avropa lideridir.

ABŞ prezidenti cümə axşamı verdiyi açıqlamada Çinlə "çox yaxşı bir razılaşma" əldə edəcəyinə əmin olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Pekindən olan nümayəndələr bir neçə dəfə onunla əlaqə saxlayıblar.

Tramp və Meloni arasında yaxşı münasibətlər mövcuddur. İtaliyanın lideri isə, Trampın tətbiq etdiyi tariflərin qlobal təsiri və pozulan münasibətlər fonunda, ABŞ ilə Avropa İttifaqı arasında körpü rolunu oynayacağına ümid edir.



Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et