İsrailin müdafiə naziri bildirib ki, əsgərlər müharibə bitdikdən sonra belə Qəzzanın geniş ərazilərini ələ keçirərək qurduqları sözdə təhlükəsizlik zonalarında qalacaqlar.
İsrail Katz, zonaların İsrail icmalarını "istənilən müvəqqəti və ya daimi vəziyyətdə" qorumaq üçün "tampon" təmin edəcəyini söyləyib.
Onun sözlərinə görə, BMT-nin "dağıdıcı" nəticələrlə bağlı xəbərdarlığına baxmayaraq, İsrail Həmas-a girovları azad etməsi üçün təzyiq göstərmək üçün altı həftəlik humanitar yardım blokadasını davam etdirəcək.
Çərşənbə günü Sərhədsiz Həkimlər (MSF) İsrailin kampaniyasının təsirindən həyəcan təbili çalan sonuncu beynəlxalq təşkilat oldu və Qəzzanın "fələstinlilərin və onlara yardıma gələnlərin kütləvi məzarına çevrildiyini",- söyləyib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
