Bu gün:

Niyə münasibətləriniz sizi xoşbəxt etmir?


İnsanlar nəticə verməyən münasibətlərdən danışanda çox vaxt rahatlayırlar. Sevginin bitməsi, cəhd etməyi dayandırmaq, aldadılmaq, ayrı qalmağa qərar vermək kimi səbəblərdən danışırlar. Ancaq münasibətlərin bitməsinin əsl səbəbləri bunlardır:

1-Biz özümüzü gözümüzdə böyüdürük.

2-Münasibətimizdən və ya yoldaşımızdan çox şey istəyirik.

3- Duygusal yetkinlik baxımından qeyri-kafi ola bilərik.

4-Qorxularımızı aradan qaldırmaq üçün əlaqələr və sevgidən istifadə edirik.

Bu yazıda dördüncü maddəni dərindən müzakirə edəcəyik. Qorxularımıza qalib gəlmək üçün münasibətlərdən və sevgidən necə istifadə etdiyimizi birlikdə görək.

Yaxşı, qorxularımız nədir?

1) Lazımsız olmaq qorxusu

Ya da arzuolunmaz, sevilməyən, dəyərsiz olmaq qorxusu deyə bilərik. Həqiqətən, istədiyiniz, ehtiyac duyduğunuz şey qiymətləndirilmək və dəyərli hiss etməkdir.

Ən yaxşı halda siz çox səxavətli, empatik və başqalarına qayğı göstərməkdə yaxşısınız, mehribansınız.

Ən pis halda siz passiv-aqressiv, tələbkar, manipulyasiya edən və ya qurban olmuş vəziyyətdəsiniz.

Bu vəziyyətdə daha xoşbəxt münasibətlər üçün nə etməlisiniz:

Başqalarından gözləmədən əvvəl özünüzü sevin. Özümüzü sevməsək, başqalarından bunu gözləyə bilmərik. Bu eqoizm deyil, biz özümüz "sevgi" tənliyinin bərabər hissəsiyik və özünü sevmək sevginin yarısıdır. Özünə sevgi olmasa, sevgi nə verilə, nə də alına bilər.

2) Tam başa düşülməmək qorxusu

Başqa sözlə, "əsl səni" sevməyən və ya ideal sevgini təmin etməyən bir tərəfdaşla olmaq qorxusu. İstədiyiniz şey başa düşülmək və həqiqətən, sevildiyinizi hiss etməkdir.

Siz ən yaxşı vəziyyətdə  özünüzün fərqindəsiniz, yaxşı biri olmağa çalışırsınız.

Ən pis halda siz özünü aşağılayan, depressiyaya düşmüş və yadlaşmış, utanmış, ümidsiz və hətta özünü məhv edən birisiniz.

Bu vəziyyətdə daha xoşbəxt münasibətlər üçün nə etməlisiniz?  

Anlayın ki, siz təkcə hisslərinizdən ibarət deyilsiniz. Reallıq heç vaxt bizim təsəvvürümüzə və ya ideallarımıza əsaslana bilməz.

3) Tək qalmaq qorxusu

Həqiqətən istədiyiniz şey budur ki, siz özünüzü təhlükəsiz, dəstəklənən və dinc hiss etmək istəyirsiniz.

Ən yaxşı halda siz inanılmaz dərəcədə sadiq, uyğunlaşa bilən və ailəyə sərmayə qoyansınız.

Ən pis halda siz gələcək üçün narahatsınız, “əgər”lərinizlə bağlı cavablara ehtiyacınız var. Həddən artıq və ya az məşğulsunuz, ya da həddən artıq sıxılmış və ya geri çəkilmisiniz.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et