Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı “sülh planı” ilə bağlı qərar qəbul etməzdən əvvəl ölkəsinə səfər etməyə çağırıb.
Zelenski CBS News-un “60 Dəqiqə” proqramındakı çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Rusiya ordusunun Ukraynaya hava zərbələrini davam etdirdiyini qeyd edən Zelenski: O, prezident Trampı ölkəsinə səfərə və hücumun nəticələrini görməyə dəvət edib.
Rusiya-Ukrayna müharibəsində “sülh planı” ilə bağlı hər hansı qərar vermədən əvvəl Trampın Ukraynaya gəlməsi lazım olduğunu qeyd edən Zelenski sözlərini belə davam etdirib:
"Gəlin, baxın, sonra müharibəni necə bitirmək planı ilə irəliləyək. Kiminlə məşğul olduğunuzu başa düşəcəksiniz. Siz (Rusiya Prezidenti Vladimir) Putinin nə etdiyini başa düşəcəksiniz.
Ancaq lütfən, hər hansı qərar qəbul etməzdən əvvəl, danışıqlar üçün hər hansı plan qurmazdan əvvəl gəlin və məhv edilən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”.
Rusiyanın müharibəni davam etdirmək istədiyini və bütün dünyanın təhlükədə olduğunu iddia edən Zelenski, “Putinin son məqsədi Rusiya İmperiyasını bərpa etməkdir və hazırda NATO himayəsində olan torpaqları geri almaq. “Bütün bunları nəzərə alaraq, bunun dünya müharibəsinə çevrilə biləcəyinə inanıram”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Mina Yadigarlı