İspaniyanın solçu azlıq koalisiya hökuməti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə son vaxtlar gərginləşən münasibətləri yaxşılaşdırmaq üçün səylərini artırıb.
İspaniya İqtisadiyyat,Ticarət və Korporasiyalar Naziri Carlos Cuerpo, Trump-ın yeni gömrük tarifləri ilə başladığı ticarət müharibəsindən sonra sabah Vaşinqtona gedəcək.
"Biz ABŞ və İspaniya arasında əlaqələri gücləndirmək üçün ABŞ-a gedirik" deyə açıqlama verib. Cuerpo Madriddə bir qrup xarici mətbuat mənsubuna, o cümlədən müxbirlərə ABŞ-a səfəri haqqında məlumat verib.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad