Rusiyanın Ukraynanın Sumı şəhərinə ikisi uşaq olmaqla 34 nəfərin ölümü və 117 nəfərin yaralanması ilə nəticələnən raket hücumu Kiyevin Qərb müttəfiqləri tərəfindən kəskin şəkildə pislənib.

Bazar günü səhər saatlarında iki ballistik raket şəhərin mərkəzinə düşüb, dövlət universiteti və konqres mərkəzi yaxınlığında partlayıb, qanlı cəsədlər küçələrə səpələnib.
ABŞ dövlət katibi Marko Rubio hücumu "dəhşətli" adlandırıb, Almaniyanın gözləyən kansleri Fridrix Merz isə Rusiyanı müharibə cinayəti törətməkdə ittiham edib.
Yaxınlıqdakı sərhədi keçən qüvvələrin böyük bir hücuma hazırlaşdığı deyilən Rusiyadan hücumla bağlı dərhal rəsmi şərh verilməyib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
