Bu gün:

Gecə yatarkən telefonu yanınızda saxlamayın


Əksər insan mobil telefonu yatağının yanında və ya yastığın altında saxlayır ki, bu da yatmazdan əvvəl baxdığınız son şey və oyananda nəzər saldığınız ilk vasitədir. Ancaq bu, həqiqətən yaxşı bir fikirdirmi və bu cür davranışlar  kifayət qədər yuxu almağa mane ola bilərmi?


Bunu nəzərə alaraq çox sağlam bir gecə yuxusunu necə ala biləcəyinizə dair sadə bir siyahı təqdim edirik.

Gəlin etiraf edək ki, bu "sadəcə telefon" deyil

Onlar təkcə telefonlar deyil, elə deyilmi? Onlar çoxunuzun onsuz qalmağa tab gətirə bilməyəcəyi lazımlı kiçik kompüterə bənzəyir.

Siz söhbət edə, mesaj göndərə, internetdə gəzə, marşrut planlaşdıra, e-poçtlara cavab verə və Facebook və Twitter kimi sosial media vasitəsilə qarşılıqlı əlaqə qura bilərsiniz.

Sizi oyun oynayaraq və ya Netflix, Amazon Prime Video və ya Disney Plus-a baxanraq oyaq saxlayan bir çox funksiya ilə bu cib cihazlarının yuxunuza təsir etmək üçün böyük potensiala sahib olması təəccüblü deyil.


Çox vacib olan yuxunuzu itirməyin

Bir çoxunuz bu tanış tələyə -oxumaq, cavab vermək, sürüşdürmək, yerləşdirmək, klikləmək və.s düşürsünüz 

Həmçinin çoxunuz cihazı bir kənara qoymaqda çox çətinlik çəkir. Bu özlüyündə yuxu vaxtını gecikdirə və yuxuda keçirdiyiniz ümumi istirahət vaxtını azalda bilər.

Bütün bunlar gecə saatlarında yuxuya getməyi çətinləşdirə bilər. Bu dramatik səslənə bilər, lakin uzun müddət ərzində belə kompulsiv davranış asanlıqla yuxusuzluğa səbəb ola bilər.


İşığın gücü

Telefonunuzdan, planşetinizdən və ya kompüter ekranınızdan gələn bütün süni mavi işıq yuxuya getmə qabiliyyətimizə təsir edir.

Mavi işıq beyni gündüz olduğunu düşünməyə təhrik edir və bədəninizin yuxu hormonu  melatonin ifrazını dayandırmasına səbəb olur. Bu, yatmazdan əvvəl istirahət etməyinizə əhəmiyyətli dərəcədə təsir edir.

Nəyin bahasına olursa olsun, istirahət etmək üçün vaxt ayırın

İstirahət etmək və yatmağa hazırlaşmaq üçün əlinizdən gələni edin. Kitab oxumaq istirahət etmək üçün əla bir yoldur.

Musiqi dinləmək, TV və ya filmlərə baxmaq da faydalıdır,  lakin zəruri hallarda “gecə rejimi”ndən istifadə etməklə mümkün qədər parlaq işığa məruz qalmamağa çalışın.

Mənbə: azinlikca1.net

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et