Bu gün:

Rusiyadan Ukraynaya yeni hücum


Rusiyanın Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində 20-dən çox insan həlak olub.

Rusiyanın iki ballistik raketi sakinlərin Palm Bazar gününü qeyd etmək üçün toplaşdığı şəhərin mərkəzinə düşüb.


"Bu parlaq Palm Bazar günü cəmiyyətimiz dəhşətli bir faciə yaşayıb. Təəssüf ki, indiyədək 20-dən çox ölüm xəbəri vermişik”,- deyə Artem Kobzar sosial media açıqlamasında qeyd edib.


Hücum yüksək səviyyəli Rusiya və Ukrayna diplomatlarının bir-birini enerji infrastrukturuna hücumları dayandırmaq üçün ABŞ-nin vasitəsi ilə əldə etdiyi müvəqqəti razılaşmanı pozmaqda ittiham etməsindən bir gün keçməmiş baş verib.


Bu vəziyyət üç illik müharibəyə son qoymaq üçün danışıqların çətinliyini göstərib.



Mənbə: A Haber

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et