İsrailin Təl-Əviv şəhərində Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması tələbi ilə keçirilən nümayişlərə qatılan bir məhbusun qohumu, "Netanyahunun başçılıq etdiyi İsrail hökuməti məhbuslar hesabına siyasətlə məşğul olur"-deyib.
İsrailli məhbusların yaxınları Təl-Əvivdə Müdafiə Nazirliyinin binası qarşısında birgə mətbuat konfransı keçirib.
Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması tələb edən məhbusların yaxınları Netanyahu hökumətinə qarşı nümayişlərin davam etdirilməsinə çağırıblar.
Məhbusun qohumu İsrail Hökuməti bütün məhbusların geri qaytarılmasını təmin edənə qədər küçələrə çıxmaqdan imtina etməyəcəklərini ifadə edərək, “Netanyahu başda olmaqla İsrail hökuməti məhbuslar hesabına siyasətlə məşğul olmağı seçib” ifadəsini işlədib.
Digər tərəfdən, "The Times of Israel"in yazdığına görə, məhbusların ailələri daha sonra Təl-Əvivdə "Məhkumlar Meydanı" adını verdikləri meydanda yəhudilərin müqəddəs Pasxa bayramının ilk gecəsini qeyd etmək üçün yemək təşkil ediblər.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
