Albert Saniqer süni intellektlə işləyən alış-veriş tətbiqi Nate-in qurucusu və keçmiş baş direktoru sərmayəçiləri aldatmaqda ittiham olunur.
ABŞ Ədalət Nazirliyinin məlumatına görə, Saniger investorları inandırmağa çalışıb ki, onun tətbiqi istifadəçilərə istənilən onlayn mağazadan cəmi bir kliklə alış-veriş etməyə imkan verir. Lakin bu iddiaların doğru olmadığı üzə çıxıb və o, sərmayəçiləri aldadaraq fırıldaqçılıq törətməkdə günahlandırılır.
2018-ci ildə qurulan Nate şirkəti, Coatue və Forerunner Ventures kimi tanınmış sərmayəçilərdən 50 milyon dollardan çox investisiya cəlb edib. 2021-ci ildə isə şirkət, Reneqade Partners-in rəhbərliyi ilə 38 milyon dollarlıq A Seriyası investisiya da alıb.
ABŞ Ədalət Nazirliyinə görə, Nate süni intellekt əvəzinə alış-verişləri Filippindəki yüzlərlə çağrı mərkəzi işçisinə gördürüb və bu fakt 2022-ci ildə The Information tərəfindən üzə çıxarılıb.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
