Bu gün:

İsrailin hava hücumu Qəzzada sonuncu xəstəxananı məhv edib


İsrailin HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi bildirib ki, İsrailin hava hücumu Qəzza şəhərində fəaliyyət göstərən sonuncu xəstəxananın bir hissəsini məhv edib.

Şahidlərin sözlərinə görə, zərbə Əl-Əhli Baptist xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrini dağıdıb.

İnternetdə yayımlanan videoda iki mərtəbəli binaya raketlərin düşməsindən sonra xəstəxanadan alov və tüstü qalxdığı görünüb. İnsanlar, o cümlədən hələ də xəstəxana çarpayılarında olan bəzi xəstələr hadisə yerindən qaçarkən lentə alınıb.

İsrail Müdafiə Qüvvələri (IDF) xəstəxanada "Həmas tərəfindən istifadə edilən komanda və idarəetmə mərkəzinin" olduğunu bildirib. Qəzzanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, itkilər barədə məlumat verilməyib.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov



Paylaş
Şərh əlavə et