Captain Price geri qayıdır: Call of Duty Modern Warfare tanıtımını yayımlayıb

Captain Price geri qayıdır: Call of Duty Modern Warfare tanıtımını yayımlayıb

Oyun dünyasında böyük maraq doğuran Call of Duty seriyasının yeni oyununun tanıtımı yayımlanıb. Belə ki, son illərdə satışa çıxan Call of Duty oyunları oyunsevərlər tərəfindən çox sevilməsə də, əfsanə oyun yeni Modern Warfare oyunu ilə keçmiş günlərə geri qayıdır.

24media.az xəbər verir ki, ilk olaraq 2007-ci ildə yayımlanan Call of Duty:Modern Warfare seriyası oyunsevərlər tərəfindən olduqca bəyənilmiş və "Activision" seriyasının ikinci və üçüncü oyunları satışa çıxmışdı. Nəhayət, gözlənilən an gəldi və "Activision" seriyasının dördüncü oyunu rəsmi olaraq elan edildi. Yeni oyunla birlikdə, oyunçuların illədir gözlədiyi Captain Price oyunu da geri dönüb.