Bu gün:

Pakistanda zəlzələ qeydə alınıb


Pakistanın Pəncab əyalətində 5 bal gücündə zəlzələ baş verib.  

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) zəlzələnin yerli vaxtla saat 10:30 radələrində qeydə alındığını açıqlayıb.

5 bal gücündə zəlzələnin 39,2 kilometr dərinlikdə, episentrinin Pəncabın Sancval rayonundan 12 kilometr şərqdə olduğu bildirilib.

Zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva


Paylaş
Şərh əlavə et