Bu gün:

Evdə pişiklərə qulluq üçün tövsiyələr


Övladlığa götürdüyünüz və evinizi açdığınız pişiyiniz evə ilk girəndə qorxaq davrana bilər. Ona yemək qabı, qum və çarpayı kimi elementlərin birləşdiyi məkanı təmin etdikdən sonra ilk bir və ya iki gündə evi araşdırmasına və alışmasına icazə verin. İlk gecədə ərazini mümkün qədər isti və təmiz saxlamağa diqqət edin. Pişiyinizi daha xoşbəxt etmək üçün ilk günlərdən alacağınız pişik oyuncaqları da onun diqqətini çəkəcək və illər boyu evdə xoş vaxt keçirəcək.

Təhlükəsizlik tədbirləri 

İlk dəfə və sonra da daxil olmaqla, qapı və pəncərələrin açıq olmamasına diqqət yetirməlisiniz. Hər pişik açıq yerlərdən qaça bilməz, lakin bu risk alınmamalıdır. Pəncərələr üçün tül bir həll ola bilər.

Bundan əlavə çaydan kimi isti məişət avadanlıqlarından və elektrik cərəyanına səbəb ola biləcək vəziyyətlərdən ehtiyatlı olmaq faydalıdır. Evdə bir bitki varsa, unutmamalıyıq ki, pişiyiniz onu yeyə, bu da onun bağırsaqlarına zərər verə bilər.

Qidalanma 

Əgər pişiyiniz baladırsa, ona uyğun yemək almalısınız. Səhər evdən çıxıb axşam gəlirsinizsə, səhər və nahar yeməklərini iki ayrı otaqda və ya hamısını eyni yerə qoya bilərsiniz. Yeməyin miqdarı qidanın yaşına və markasına görə dəyişir və qramını buna uyğun tənzimləyə bilərsiniz. Sağlam və uzun ömürlü olmaları üçün bol su içmələri lazımdır, bunun üçün evin iki fərqli nöqtəsində su qoyub hətta yatağınızın yanına bir kasa su qoya bilərsiniz ki, daha tez-tez su ilə qarşılaşsın. Pişiklər, ümumiyyətlə, təmizliyi sevən heyvanlardır, yemək və su qabları hər gün təzələnməlidir və qablar iki gündən bir yuyulmalıdır. Məşhur inancın əksinə olaraq, pişiklərə və xüsusilə pişik balalarına süd verilməməlidir. Ana südü istisna olmaqla, bütün süd pişiklərdə ishal, bağırsaq xəstəlikləri və hətta ölümcül nəticələrə səbəb ola bilər.

Pişiklərin üç əsas peyvəndi var. Pişiyiniz bala olduqda, bu peyvəndlər ardıcıl olaraq gündəlik, həftəlik və aylıq dövrlərdə aparılmalıdır. Pişik peyvəndi cədvəli bitdikdən sonra, bu peyvəndlər pişiyinizin sağlamlığı üçün hər il təkrarlanmalıdır. Peyvənddən başqa tətbiq edilməli olan digər element isə parazit müalicəsidir. Bu proses pişiklərinizi bit, birə, zərərli bakteriyalar və s.-dən qorusa da, onların bağırsaqları üçün də vacibdir. Parazit tətbiqi daxili və xarici olur. Orta hesabla onlar iki ayda bir dəfə edilə bilər. Bununla belə peyvəndlərin və parazitlərin necə və nə qədər tez-tez olacağı prosesi haqqında bir baytarla məsləhətləşmək həmişə faydalıdır. 

Pişik tükləri və təmizlik 

Düzgün qidalar, vaxtında peyvəndlər və rahat yaşayış şəraiti pişiyinizin kürkünün və dərisinin sağlam olmasını təmin edəcək. Ölü tükləri və dərini nizamlı olaraq darayaraq toplamaq ev təmizliyi, pişiyin tükləri udması və bağırsaq tıxanması kimi problemlərin qarşısını alacaq. Düzgün fırça seçərək, baş nahiyəsindən başlayaraq, quyruq da daxil olmaqla, bütün nahiyəni mütəmadi olaraq daramalısınız.

Göz, qulaq, dırnaqlar 

Xüsusilə pişik balalarında gözlərin tutulması problemi yaşana bilər. Gözün tutulması halında bir baytardan dəstək istənilməlidir. Bununla belə pambıq və xüsusi maddələrlə göz təmizliyi ilə asanlıqla məşğul ola bilərsiniz. Pambığa damcıladıqdan sonra göz və qulaqlara xüsusi maddələri çox basmadan çəkməli və həftədə bir dəfə təkrarlamalısınız. Xüsusi dırnaq qayçısı ilə çəhrayı bölgəyə enməməsi üçün dırnaqlarını müəyyən aralıqlarla evdə kəsə bilərsiniz.

Bəzi mütəxəssislər pişiklərin özlərini təmizləyə bilən canlılar olduqları üçün yuyulmamasını, bəziləri isə həm daha təmiz, həm də gümrah olmaq üçün xüsusilə yay aylarında yuyulmalarını tövsiyə edir. Yuma ilə bağlı qərar tamamilə pişik sahibinə aiddir. Bəzi pişiklər sudan qaçır, bəziləri isə su ilə oynamağı sevir, bu da təcrübədən asılıdır. Bu tətbiqi pişiyinizin vəziyyətinə və hərəkətlərinə görə edə bilərsiniz.

Mənbə: NTV

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et