Bu gün:

Çin ABŞ mallarına 84% rüsum tətbiq edib


ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara 104%-lik tarif tətbiq etməsindən sonra Çin də cavab olaraq ABŞ-dən idxal olunan məhsullara 84%-lik rüsum tətbiq etdiyini açıqlayıb.

BBC-nin Pekindəki müxbiri Stiven Makdonell yazır ki, bu artım Çinin daha əvvəl tətbiq etdiyi 34%-lik tariflə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir və Pekin geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir.

Çin qisas alacağını bəyan etdiyi vaxtda, Tramp ABŞ şirkətlərini ölkəyə qayıtmağa çağırıb: “Gözləmə, indi et!”

Eyni zamanda Trampın “ticarətdə ən pis cinayətkarlar” adlandırdığı 60-dan çox ölkədən ABŞ-yə idxal edilən mallara qarşı daha sərt tariflər də qüvvəyə minib. Tramp bildirib ki, bu qərarlardan sonra bir çox ölkə danışıqlara başlamaq üçün Vaşinqtonla əlaqə saxlayır.

Çinin yeni tarif qərarından sonra Avropa bazarlarında da eniş qeydə alınıb.


Mənbə: BBC News

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et