Bu gün:

Zelenski Ukrayna qoşunlarının Belqorod vilayətində olduğunu təsdiqləyib


Ukrayna Prezidenti Vlodimir Zelenski ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində əməliyyatlar apardığını rəsmi şəkildə təsdiqləyib. “Biz düşmən ərazisinin sərhədyanı bölgələrində aktiv əməliyyatlar həyata keçirməyə davam edirik. Bu isə tamamilə ədalətlidir – müharibə gəldiyi yerə qayıtmalıdır”, – deyə o, bazar ertəsi bəyan edib.

Zelenskinin açıqlamaları, eyni zamanda, ötənilki böyük hücumdan sonra Ukraynanın hələ də nəzarətində saxladığı Rusiyanın Kursk bölgəsindəki kiçik bir əraziyə də aiddir. Qeyd edək ki, Moskva sonradan həmin ərazinin böyük hissəsini geri qaytardığını bildirib.

Prezidentin sözlərinə görə, əməliyyatların əsas məqsədi Ukraynanın Sumı və Xarkov sərhəd bölgələrini müdafiə etmək, eyni zamanda geniş cəbhə xəttində – xüsusilə də şərqi Donetsk bölgəsində – təzyiqləri azaltmaqdır.

Rusiya isə keçən ay Ukrayna qüvvələrinin Belqorod vilayətinə keçməyə cəhd etdiyini iddia etsə də, bu cür hücumların dəf edildiyini açıqlayıb.


Mənbə: BBC News

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et