Bu gün:

Adlarımızın və mənalarının həyatımıza təsiri


Ad seçərkən hər zaman nəzərə alınması lazım olan ən mühüm anlayış adın mənasıdır. Ad seçərkən onun nə demək olduğunu, övladımıza verəcəyi mənfi və müsbət təsirləri nəzərə alaraq hərəkət etməliyik.

Əgər başqa adlarla müqayisədə qəribə məna daşıyırsa, o zaman adımızı çox bəyənməməklə bir az da əsəbi və aqressiv davranırıq. Bunun da bizə böyük təsiri var.

Əgər gözəl və son dərəcə mənalı bir adımız varsa, bizə müsbət təsir edər.

Xüsusilə məktəb illərində məşhur adları olan qızlar daha cəlbedici və daha müvəffəqiyyətli olaraq qəbul edilir. Bu, digər fərdlərdə mənfi təsir yaratsa da, adı daşıyan şəxslərə müsbət təsir göstərir.

Bəzi fərdlər adlarının mənasına görə hərəkət edirlər. İnsan davranışları ilə ona qoyulan adın mənasını doğruldur. 


Uşağa qoyulacaq ad üçün hər zaman gələcək dövrlər nəzərə alınmalı, nəinki indiki dövrlər hətta uşağınızın  gənclik halının gələcəkdə dəyişəcəyi göz ardı edilməməlidir.

Bundan əlavə fərdlərə mütləq qoyulan adlardan biri də ata-ana, baba və nənə adlarının, eləcə də digər ailə üzvlərinin adlarının qoyulmasıdır. Siz böyüklərinizi sevə və hörmət edə bilərsiniz. Ancaq övladınıza ad qoymağınız həm adın təsiri baxımından, həm də xüsusiyyətləri baxımından uşağınıza çox təsir edəcək. Ona görə də uşağın gələcəyini nəzərə alaraq ona ən gözəl və mənalı ad qoyulmalıdır.

Mənbə: My net 

Tərcümə etdi: Nuran Əhmədzadə






Paylaş
Şərh əlavə et