
Türkiyə ilə qardaş ölkə Azərbaycan neft və təbii qazdan sonra elektrik enerjisi sahəsində də razılığa gəlib. Elektrik enerjisinin idarə edilməsi sazişi imzalayan Türkiyə və Azərbaycan bu körpü ilə regional enerji əməkdaşlığında yeni dövrün qapısını açacaq. Türkiyənin Elektrik Ötürmə A.Ş. (TEİAŞ) və Azərenerji arasında Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün əməliyyat sazişi imzalanıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X hesabında etdiyi paylaşımda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdüklərini və sözügedən sazişin imzalandığını bildirib.
Bayraktar görüş zamanı neft və təbii qazdan sonra elektrik enerjisi ticarətinin də iki ölkə arasında əməkdaşlığın mühüm bir parçası ola biləcəyini vurğuladıqlarını ifadə edərək, yazısında bu ifadələrə yer verdi: "Bakıdakı təmaslarımız çərçivəsində cənab Şahbazovla görüşdük. Görüşümüzdən sonra TEİAŞ ilə "Azərenerji" arasında enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək əməliyyat müqaviləsi imzaladıq. Bu saziş Türkiyə ilə Naxçıvan arasında elektrik enerjisinin fasiləsiz və etibarlı ötürülməsini təmin edəcək, eyni zamanda mövcud infrastrukturun modernləşdirilməsini və potensialın artırılmasını təmin edəcək. “İki qardaş ölkə arasında qurulan bu enerji körpüsü regional enerji əməkdaşlığında yeni dövrün qapısını açacaq”.
Mənbə:M Star
Tərcümə etdi:Əlisahib İbrahimli
