ABŞ-nin müxtəlif şəhərlərində etirazçılar prezident Tramp'ı tənqid etmək üçün bir araya gəliblər. Bu etirazlar, Tramp-ın yanvar ayında vəzifəyə başlamasından bəri keçirilən ən böyük ümummilli müxalifət aksiyası olub.
"Əlləri bağlayan" etiraz aksiyasını təşkil edənlər ABŞ-nin bütün 50 ştatı da daxil olmaqla 1200-dən çox yerdə mitinq keçirməyi planlaşdırıblar. Şənbə günü minlərlə insan Boston, Çikaqo, Los-Anceles, Nyu-York, Vaşinqton və digər şəhərlərdə bu aksiyada iştirak edib.
Etirazçılar Tramp-ın sosial məsələlərdən tutmuş iqtisadi məsələlərə qədər gündəmi ilə bağlı narazılıqlarını dilə gətiriblər.
Tramp-ın ABŞ-nin dünyanın əksər ölkələrindən idxal olunan məhsullara vergi tətbiq edəcəyini açıqlamasından bir neçə gün sonra, London, Paris və Berlin də daxil olmaqla ABŞ-dən kənar şəhərlərdə də etiraz aksiyaları keçirildi.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
