Bu gün:

Norveçli valideynlər niyə soyuqda körpələrini çöldə yatırdırlar?


Finlandiya, Norveç və bir çox digər Skandinaviya ölkələrində uşaqlar daha iki həftəlik ikən açıq havada yatızdırılırlar. Bununla belə, bu uşaqlar mülayim yay günortasında günəş şüalarından həzz almırlar. Bu uşaqlar -4 dərəcəyə qədər soyuq günlər da daxil olmaqla bütün hava şəraitlərində, üç saata qədər şəhərin hərəkətli səkilərində və verandalarında uşaq arabalarında saxlanılır. Bəs niyə bu körpələr şaxtalı soyuqda belə çöldə yatızdırılırlar?

Stokholmdan olan üç uşaq anası Lisa Mardon körpələri mümkün qədər tez təmiz havaya çıxarmağın ən yaxşı olduğunu düşünür. Mardonun uşaqları doğulandan bayırda olurlar. Onun kiçik uşağı, iki yaşlı Alfred gündə bir dəfə yatmaq üçün uşaq arabasında bir saat yarım çöldə qalır.

Bu yeni moda deyil, Lizanın anası, indi 61 yaşlı Qunilla deyir ki, Liza körpə olanda onu da 1950-ci illərdə çöldə yatırdırlarmış. Anası deyir ki, onu yalnız temperatur -10 dərəcədən aşağı düşəndə evə buraxıb. 

Bu günlərdə İsveçdə bir çox uşaq baxım mərkəzləri körpələri dincəlmək üçün bayıra aparır. Bu mərkəzlərdə açıq havada çöldə düzülmüş uşaq arabalarında yatan körpələri görmək çətin deyil. Havanın temperaturu -10 dərəcədən aşağı olduğu üçün körpələr elektron nəzarət altında saxlanılır. Forskolan Orren məktəbəqədər təhsil mərkəzindəki bütün uşaqlar üç yaşına qədər çöldə yatır. Körpələrin açıq havada yatmasının arxasında duran nəzəriyyə ilin yay və ya qış ayı fərq etmədən təmiz havada yatmağın onların sağlamlığı üçün faydalı olacağını deyir. Beləcə, uşaqlar 30 uşaqla eyni qapalı otaqda yatan uşaqlara nisbətən, soyuqdəyməyə daha davamlı olurlar. Qapalı yerdə yatmaq orta hesabla bir-iki saat davam edərkən açıq havada yatmaq orta hesabla bir yarım-üç saat çəkir. Əslində, bu tətbiqin arxasında çox möhkəm bir məntiq var. Finlandiyanın Oulu Universitetindən Marjo Tourula tərəfindən aparılan geniş araşdırmaya görə, çöldə yatmaq nəinki gündüz yuxusunu yaxşılaşdırır, həm də yuxu müddətini uzadır. Daha subyektiv desək, valideynlər təmiz havada yatmağın körpənin sağlamlığını yaxşılaşdırdığını hiss ediblər. 

Araşdırmalarla hələ təsdiq olunmayan digər faydalar arasında uşaqların daha xoşbəxt olması, daha enerjili olması, gecələr daha yaxşı yatması və istənilən mühitdə, hətta səs-küylü və işıqlı mühitlərdə belə yuxuya gedə bilməsi daxildir.

Mənbə: Habertürk

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et