Bu gün:

Neçə dəfə aşiq ola bilərik?


Qadınlar kişilərdən daha çox aşiq olurlar. Mücərrəd və məcazi məfhum olan məhəbbət tamamilə biokimyəvi proses nəticəsində baş verir. Yaxşı, insanlar bu biokimyəvi hadisə qarşısında neçə dəfə aşiq ola bilər?

Tamamilə biokimyəvi proses olan sevgi insanın beynində baş verir. Aşiq olan bir insanın beynində meydana gələn biokimyəvi fərqlər qan miqdarına və aktiv bölgələrin sayına görə MR-də aydın şəkildə göstərilə bilər.

Biokimyəvi proses

Elmi dillə desək, sevgi hissinə səbəb olan əsas hormonlar və kimyəvi maddələr testosteron, estrogen, dopamin, norepinefrin, serotonin, oksitosin və nəhayət vazopressindir. Sevgini xüsusi edən bu hormonların və kimyəvi maddələrin möcüzəvi nisbətlərdə bir araya gəlməsi və qarşıdakı insana sevgi bəxş etməsidir. Bəs insan ömründə neçə dəfə aşiq ola bilər?

Sosial-iqtisadi status və cinsiyyət təsir edir

Aşiq olmağın bir həddi var, lakin bu hədd cinsə və sosial-iqtisadi vəziyyətə görə dəyişir. Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırmaya görə, məlum olub ki, avropalı kişilər həyatları boyu 5,6 dəfə aşiq olurlar.

Avropa və Afrika müqayisəsi

Avropalı qadınların həyatları boyu 15 dəfə aşiq ola bildikləri müəyyən edilib. Eyni araşdırma Afrikada kişilər və qadınlar üzərində aparıldıqda məlumatlar olduqca təəccübləndirdi. 

Afrikalı kişilərin əksəriyyəti həyatları boyu heç vaxt aşiq olmayıb və çox az adamın bir və ya iki dəfə aşiq olduğu aşkar edilib. Afrikalı qadınların isə kişilərdən 3 dəfə çox aşiq olduqları müəyyən edilib. Araşdırmalar nəticəsində, insanların aşiq olmasına təsir edən əsas amillər arasında sosial-iqtisadi dəyərlər və cinsiyyətin əhəmiyyəti göstərilib.

Mənbə: Habertürk

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et