Bu gün:

Çin və ABŞ arasında tarif qarşıdurması


Böyük Çin bazarına satış etməyi hədəfləyən Amerika şirkətləri ciddi zərbə alıblar. Ölkəyə daxil olan bütün ABŞ mallarına 34%-lik qiymət artımı tətbiq edilməsi bəzi şirkətləri bazardan tamamilə çıxara bilər. Bu vəziyyət xüsusilə ABŞ-nin kənd təsərrüfatı istehsalçıları üçün əlverişsizdir. Tramp administrasiyasının son tariflərinə cavab olaraq, Pekin artıq Çindən alınan məhsullara 10% və ya 15% rüsum tətbiq etmişdi. İndi bu tariflərə 34% əlavə olunduqda, bir çox məhsulun rəqabət qabiliyyəti aşağı düşəcək.

Pekin isə toyuq, donuz əti və sorqo üçün alternativ bazarlar tapmaqda çətinlik çəkmir və bu addımların ABŞ prezidentinə siyasi zərbə vurduğunun fərqindədir.

Bu vəziyyət qlobal miqyasda analitikləri narahat edir. Problem ondadır ki, tədarük zəncirləri artıq o qədər beynəlmiləlləşib ki, istənilən məhsulun komponentləri dünyanın müxtəlif yerlərindən təmin olunur. Nəticədə iqtisadi təzyiqin təsiri ölkədən ölkəyə yayılır və bu, dünya biznesi üçün potensial olaraq dağıdıcı nəticələr doğura bilər.

Tarif müharibəsinin təsirləri yalnız ABŞ şirkətləri ilə məhdudlaşmır – yüksək rüsumlara görə daha bahalı məhsullar almağa məcbur qalan ABŞ istehlakçıları da bu siyasətdən zərər görür.

Mənbə: BBC News

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et