Bu gün:

Rusiyanın Ukraynaya hücumu nəticəsində həlak olanlar var


Ukrayna rəsmiləri bildirib ki, Kryvyi Roh şəhərinə Rusiyanın raket hücumu nəticəsində azı 18 nəfər həlak olub, onlarla adam yaralanıb.Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, hücum nəticəsində həlak olanlardan doqquzu uşaqdır. Hadisə Zelenskinin böyüdüyü Krivyi Roq şəhərində baş verib. Yerli rəsmilərin məlumatına görə, ballistik raket yaşayış məntəqəsini vurub.

Hadisə yerindən yayımlanan görüntülərdə ən azı bir uşağın uşaq meydançasında həyatını itirdiyi görünür. Videolarda isə 10 mərtəbəli yaşayış binasının böyük bir hissəsinin dağıldığı və bəzi qurbanların küçədə uzandığı əks olunub.

Rusiya Müdafiə Nazirliyi daha sonra açıqlama verərək, qarşı tərəfin "yüksək dəqiqlikli raket zərbəsinin" bir restoranda bölmə komandirləri və qərb təlimatçılarının görüşünü hədəf aldığını və nəticədə 85 nəfərə qədər şəxsin öldüyünü iddia edib. Lakin bu iddiaları təsdiqləyəcək hər hansı sübut təqdim edilməyib.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et