Bu gün:

İsrailin Qəzzadakı məktəbə hücumu nəticəsində 27 nəfər vəfat edib


HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi bildirib ki, İsrailin Qəzzanın şimalında köçkün ailələrə sığınacaq kimi xidmət edən məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 27 fələstinli həlak olub.Qəzza şəhərinin şimal-şərqindəki Tuffah bölgəsindəki Dar əl-Ərqəm məktəbinin vurulması nəticəsində daha onlarla adam yaralanıb, yerli xəstəxanaya istinadən xəbər verilir.

İsrail hərbçiləri məktəbi qeyd etmədən şəhərdəki "Həmas komandanlıq və nəzarət mərkəzində olan tanınmış terrorçuları" vurduğunu bildirib.

Səhiyyə Nazirliyi daha əvvəl İsrailin Fələstin ərazisinin böyük hissəsini ələ keçirmək üçün qurudan hücumunun genişləndiyini bildirdiyi üçün son 24 saat ərzində İsrailin hücumlarında daha 97 nəfərin öldüyünü bildirib.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov



Paylaş
Şərh əlavə et