Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxdığını elan edib.
Baş nazir Viktor Orban hökumətinin yüksək rütbəli rəsmisi bunu BCM-nin həbs qərarı ilə axtarılan İsrail lideri Benyamin Netanyahunun Macarıstana dövlət səfəri üçün gəldiyindən bir neçə saat sonra təsdiqləyib.
Orban ötən ilin noyabrında order verilən kimi Netanyahunu dəvət edərək, qərarın ölkəsində “heç bir təsirinin olmayacağını” deyib.
Noyabr ayında BCM hakimləri Netanyahunun İsrail və HƏMAS arasındakı müharibə zamanı iddia edilən hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə “cinayət məsuliyyəti” daşıdığına dair yertərli əsasların olduğunu bildiriblər. Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarını “antisemit” adlandırıb.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
