Bu gün:

Mifologiyanın yaranmasına əsaslanan teatrın tarixi


Teatrın tarixi və inkişafı çox qədim dövrlərə gedib çıxır. Mifologiyanın “doğulması” özü də istəmədən teatrın yaranmasına səbəb oldu. Mifoloji tanrıların şərəfinə festivallar təşkil etmək istəyən insanlar təqlidlər edərək, gülməli hekayələr danışaraq teatrın əsasını qoyurlar.

Mif və ritualların meydana gəlməsi ilə dini ibadət sistemləşdirilməyə başlandı və ibadət mərasimlərindən teatr formalaşdı. 

Keçmişdən bu günə: Teatrın tarixi və inkişafı

Teatrın yaranması insanın mövcud olmağa başladığı ilk dövrə təsadüf edir. Hələ danışmağı belə bilməyən insanlar özlərini ifadə etmək üçün çıxardıqları səslər, bədən dili, hiss və düşüncələrini çatdırmaq üçün istifadə etdikləri jest və mimika ilə aktyorluq tarixinin əsasını qoyublar.

İlk tanınmış teatr Qədim Yunan teatrıdır. Həyatın hər bir maddi və mənəvi dönüşünü nağıla, mifologiyaya bağlayan qədim yunanlar bolluğu, məhsuldarlığı, əyləncəni və içkini təmsil edən qəhrəman tanrılar yaratdılar və onlar üçün mərasimlər keçirdilər. 

Qədim yunan teatrı

Teatrın tarixi, inkişafı üçün qədim yunan teatrının xüsusi əhəmiyyəti var. Yunan teatrı e.ə. 550- ci illər arasında, bu, eramızdan əvvəl 220-ci ildə qədim Yunanıstanda çiçəklənən bir teatr ənənəsidir. Bu gün məlum olan ən qədim aktyorluq texnikasının əsası bu dövrdə qoyulmuşdur. Qədim Yunan teatrı öz nəzəriyyələri, yazıçıları və pyesləri ilə günümüzə qədər gəlib çatmışdır. Qədim yunan oyunları hər dövrdə öz təsirlərini qoruyub saxlamış və uyğunlaşmaları ilə varlığını davam etdirir. 

Teatrın tarixi Misir və Yunan teatrına əsaslanır. Teatr aktyorluğu ilk dəfə dini mərasimlərin bir növü kimi inkişaf etmişdir. Səslər, maskalar və oyunlarla insanlar sürətli inkişafla əvvəlcə tanrıya, sonra da insana çevrildi. Qərb teatrı qədim yunan teatrından qaynaqlanır.

Roma teatrı

Yunan teatrını nümunə götürməklə Roma teatrı yaranmışdır. Qədim Roma xalqı- onlar tanrıların şərəfinə bayramlar, mərasimlər və ayinlər keçirirdilər. Bu şənliklərdə camaat iki yerə bölünərək fikirlərini bildirir, zarafatlaşırdılar. Qarşılıqlı rəqs kimi edilən çıxışlara musiqinin də əlavə olunması ilə tədbir öz ölçüsünü dəyişdi, teatrın tarixi və inkişafı üçün mühüm dönüş nöqtəsi oldu.

Bu gün melodram olaraq təyin etdiyimiz komediya formalarının tərifinin mənşəyi Roma teatrına əsaslanır. Bundan əlavə o dövrdə mühüm teatr binaları yaradılıb və bu gün də mövcuddur. Binalara verilən texniki adlar və teatrda işlədilən latın sözləri bu gün də istifadə olunur. 

Orta əsr teatrı

Orta əsr teatra tələbatın xeyli artdığı dövr idi. Orta əsr teatrın tarixi və inkişafı üçün mühüm bir dövrdür. Orta əsrlərdə bir çox dövlətlərin yaranması və kilsənin təzyiqi teatrın tarixini formalaşdırmışdır. Kilsə təzyiqinə cavab olaraq, sənətçilər özlərini daha şişirdilmiş bir texnika ilə ifadə edərək, qrotesk aktyorluğun əsasını qoydular. Teatrın gücünü kəşf edən kilsə insanları dinə yaxınlaşdırmaq üçün teatrdan istifadə etmək istəyirdi. Bu səbəbdən dini pyeslər nümayiş etdirilməyə başladı.

Zaman keçdikcə teatr kilsə rəhbərliyini tərk etməyə başladı. Əvvəlcə keşiş olan aktyorların indi sənətkarlar lojaları tərəfindən müəyyən edilməsi teatr tarixini formalaşdıran mühüm addımlardan biri idi. Bu dövrdə zarafatçı kimi tanınan saray tərifləri və səyyar teatrlar da meydana çıxdı. Bu gün də istifadə olunan bir çox aktyor texnikasının meydana çıxdığı bu dövr teatr tarixinə böyük və əhəmiyyətli bir istiqamət verdi. 

Müasir teatr

Müasir Qərb teatrı öz texnikalarını, təsnifatlarını və bir çox mövzularını əsasən qədim yunan teatrından götürmüşdür. Konstantin Stanislavski müasir teatrda iz qoymuş mühüm adlardan biri olmuşdur. Aktyorluq nəzəriyyəsini inkişaf etdirən Stanislavski realist hərəkata istiqamət verdi.

Bu gün aktyor sənəti müasir teatr texnikasına əsaslanır. Müasir teatr özlüyündə janrlara bölünür. Bunlar- faciə, komediya, dram və musiqili teatr. Bu üç janr həm klassik, həm də müasir teatrın elementləridir. Amma müasir teatr klassik teatrdan fərqli olaraq, aktyora öz yaradıcılığını əlavə etmək üçün daha çox imkanlar verir.

Əgər teatr aktyoru olmaq istəyirsinizsə,  peşənin tarixini və inkişafını öyrənin!

Teatrın tarixini və inkişafını araşdırdıqda görünür ki, aktyorluq həm hadisələrdən təsirlənərək formasını dəyişmiş, həm də tarixi formalaşdıra bilmişdir. Tarixin şərtlərinə uyğun olaraq aktyorluq peşəsinin də dəyişdiyini deyə bilərik.

Mənbə: Sinema akademi 

Tərcümə etdi: Nuran Əhmədzadə 

















Paylaş
Şərh əlavə et