Bu gün:

Sapfir daşının hansı özəllikləri var?


Kral daşı kimi tanınan Sapfir uzun illər səmavi ümid və imanla əlaqələndirilir. Bu gün qiymətli daşlar arasında yer alan sapfirin bir çox fiziki və emosional faydaları var.

Əksər insanların ağlına sapfir sözünü eşidəndə  mavi daş gəlir. Bu daş ümumiyyətlə mavi olaraq bilinsə də, sapfir yaşıl, ağ, qara, bənövşəyi, çəhrayı və sarı kimi bir çox rəngdə ola bilir.Sapfirin dəyəri onun rəngi ilə çox bağlıdır. Dərin, canlı mavi sapfirlər ən qiymətli daşlar arasındadır.Əzəmətli və müqəddəs Sapfir bütün səmavi rəngləri ilə hikmət və səltənət, peyğəmbərlik və İlahi lütf daşıdır. O, əbədi müqəddəs şeylərlə əlaqələndirilir. Demək olar ki, hər bir dinin tarixində qeyd olunan bir daşdır. Qoruma, uğurlar və mənəvi fikir gətirdiyinə inanılırdı. Bu daş həm güc, həm də xeyirxahlığın simvoludur.

Sapfir nədir?

Sapfir krallıq ilə əlaqəli qiymətli daşdır. Bolluq, məhsuldarlıq və hədiyyələri cəlb etdiyinə inanılır. Mənfi enerjilərdən qorumaq, zehni sakitləşdirmək, intuisiyanı gücləndirmək və mənəvi aydınlığa dəvət etmək üçün istifadə olunur.

Sapfirin mənası və istifadəsi

Sapfir romantika ilə əlaqələndirilir və tez-tez nişan üzüklərində istifadə olunur . Xüsusilə, mavi sapfirin boğaz çakrası ilə əlaqəsi var. Mavi sapfir üçüncü göz çakrasını aktivləşdirir. Düşüncə və duyğuları dərk etməyə kömək edir. Sapfirin dürüstlüye və müdrikliyi artırdığı deyilir. Fenq Şuidə tünd mavi bilik və özünü inkişaf etdirməklə əlaqələndirilir.

Müxtəlif rəngli Safir daşlarının xüsusiyyətləri

• Qara Sapfir insanın öz intuisiyasına inamı inkişaf etdirir. Qoruyucu və əsaslıdır, narahatlığı,kədəri aradan qaldırır və işdə uğurlar gətirir.

• Yaşıl Sapfir sadiqlik və dürüstlüyü inkişaf etdirir. Bu, başqalarına şəfqəti təşviq edir, görmə qabiliyyətini stimullaşdırır və  yuxuları xatırlamağa kömək edir.

• Narıncı Sapfir  insanın yaradıcılığını, emosionallığını və mənəviyyatını birləşdirir. Rəssamların, yazıçıların və müğənnilərin talismanıdır.

• Çəhrayı Sapfir elastiklik şüurunu artırır. Duyğuları stimullaşdırır, sevgini, bağışlamağı təşviq edir. Qəbul etməyi və ürəyin gücünü artırır.

• Bənövşəyi Sapfir mənəvi oyanış şüurunu artırır. O meditasiyaya çağırır. Tac Çakrasını açır və Kundalininin maneəsiz qalxmasına imkan verir. Birliyə və sülhə dəvət edir.

• Ağ Sapfir ruhun müdrikliyini və gücünü artırır. İnsanın mənəvi yolunda çətin maneələri dəf etmək üçün lazım olan daxili qətiyyəti təmin edir. Ağıl aydınlığı və daha yüksək rəhbərlik ilə ünsiyyətə imkan verir.

• Sarı Sapfir hikmət və firavanlıq gətirir. Bu, təkcə maliyyə bolluğu gətirməyə kömək etmir, həm də daxili iradəni gücləndirir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş