Bu gün:

İrandan ABŞ-yə nüvə silahı təhdidi


İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani ABŞ-nin mümkün hücumu halında nüvə silahı istehsal edə biləcəklərini bildirib.

Laricani İranın nüvə silahı istehsal etmək gücünə malik olduğunu, lakin Ayətullah Xameneinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq bu istiqamətdə hərəkət etmədiklərini vurğulayıb.

O, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbardın İranın nüvə silahı istehsal etmədiyini təsdiqləyən kəşfiyyat məlumatlarına istinad edərək, “Biz silah istehsal etmirik, lakin İranı səhv addım atmağa məcbur etsəniz, vəziyyət dəyişə bilər”, - deyə xəbərdarlıq edib.

ABŞ-yə xitabən Laricani əlavə edib:

"İran bunu etmək istəmir, lakin siz təzyiq göstərsəniz, xalq da bizi buna məcbur edəcək. Beynəlxalq Atom Enerjisi Agentliyi nəzarətlərini davam etdirə bilər, bizim üçün problem yoxdur. Amma siz və ya İsrail hücuma keçsəniz, İran öz maraqlarını qorumaq üçün başqa qərarlar verməyə məcbur olacaq". 

Trampdan dialoq çağırışı

Digər tərəfdən, Xamenei ABŞ-nin danışıqları problemləri həll etmək üçün deyil, şərtlərini diktə etmək üçün istədiyini söyləyib. İran Xarici İşlər Nazirliyi isə ABŞ ilə birbaşa danışıqları istisna edərək, yalnız nüvə məsələsində dolayı təmaslara açıq olduqlarını bəyan edib.

Mənbə: A haber

Tərcümə etdi: Asiman Vəliyeva 

Paylaş
Şərh əlavə et