Bu gün:

ABŞ qanunun Qəzzada bütün tərəflərə şamil olunduğunu deyib


ABŞ, Qəzzada "bütün tərəflərin" beynəlxalq humanitar hüquqa riayət etməsini gözlədiyini bildirib. Lakin İsrail ordusunun 15 nəfərin – tibb işçiləri, mülki müdafiə əməkdaşları və BMT rəsmisinin öldürülməsi ilə bağlı öz qiymətləndirməsini aparıb-aparmadığını təsdiqləməkdən imtina edib.

Dövlət departamentinin sözçüsü Tammy Bruce qətllərlə bağlı suala belə cavab verib: “Qəzzada baş verən hər bir hadisə HƏMAS-a görə baş verir”.

BMT-nin humanitar agentliyi martın 23-də beş təcili yardım maşınının, yanğınsöndürən maşınının və BMT maşınının bir-bir vurulduğunu və hələ də formalarında olan tibb işçiləri də daxil olmaqla 15 cəsədin toplanaraq kütləvi məzarlığa dəfn edildiyini bildirib.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov



Paylaş
Şərh əlavə et