Bu gün:

Fenq Şuiyə görə yataq otağı necə dizayn olunmalıdır?


Çin təlimi olan Fenq Şuinin əsas qaydalarını başa düşmək faydalıdır. Bu yolla otağınızı yenidən qura və mənfi enerjilərdən azad ola bilərsiniz.

Həyatımızın üçdə birini yataq otağında yatmaqla keçiririk. Yuxu gün ərzində bədənin yorğunluğunu bərpa etmək üçün vacibdir. Keyfiyyətli yuxu yatmaq üçün otaq rahatlıq verməlidir. Fenq Şuidə görə, yataq otaqlarının düzülüşü mənzilin əsas qapısının girişindən və ocağın yerindən sonra üçüncü və çox vacib şərtdir.

Yataq otağınızda güzgü olmasın

Demək olar ki, hər yataq otağında güzgü var. Bu Fenq Şui-də arzuolunan vəziyyət deyil. Bu fəlsəfə, şübhəsiz ki, yataq otağındakı güzgüyə daxil deyil. Çünki “yin” (sakit) olması lazım olan yataq otağında güzgülər ətrafa “yanq” (canlı, aktiv) enerji verir. Nəticədə narahatlıq və yuxusuzluq kimi problemlər yaranır. Enerji hərəkət edir və chi canlanır. Halbuki yataq otağı istirahət üçün bir otaq olmalıdır. Güzgülər chi-ni aktivləşdirir. Yataq otağı evli cütlüyə aiddirsə, evliliyə üçüncü şəxsi cəlb edir. Əgər güzgü otaqdan çıxarıla bilmirsə, elə yerləşdirmək lazımdır ki, çarpayının əksi güzgüdə olmasın.

Giriş qapısından ən uzaq otağı yataq otağı edin

Çox tez-tez eşitdiyimiz və ya rastlaşdığımız  hallardan biri rahat yata, dincələ bilməməkdir. Problemlərin mənbəyi məkanın ən canlı, aktiv otağının yataq otağı kimi təşkilidir. Yataq otaqları üçün giriş qapısından ən uzaq otaq seçilməlidir. Əsas girişdən ən uzaq otaq yin sahəsidir və yataq otağı üçün düzgün seçimdir. Bundan əlavə, yatağınızı düzgün yerləşdirin. Fenq Şui qaydalarına görə, yatağınız qapıya baxmamalıdır. Şüşəsiz düz bir divara doğru yerləşdirilməlidir. Qapıdan diaqonal olaraq ən uzaq olan divar olmalıdır.

Komodindən istifadə edin

Çarpayının hər iki tərəfində yerləşən komodindən istifadə edin. Fenq Şuidə simmetriya vacibdir. Obyektlər adətən cüt-cüt yerləşdirilir, iki komodin otaqda simmetriyanı təmin edir. Hər komodində bir-biri ilə eyni olan 2 lampa istifadə edilməlidir.

Yataq otağınızın sadəcə soyunma otağı olmasına icazə verməyin

Bu gün soyunub-geyinmə otaqları məşhurdur. Onlar əsasən, yataq otaqları ilə iç-içədir. Yataq otaqları istirahət edə biləcəyimiz yerlərdən daha çox diqqətlə bəzədilmiş soyunma otaqlarına çevrildi. Bu növ otaq özü ilə bir çox Feng Şui problemlərini  gətirir.

Sahəni mümkün qədər boş buraxın

Yataq otağı çox kiçik, dar olmamalıdır. Evli cütlük dar otaqdan istifadə edərsə əksər hallarda bu fikir ayrılığı və boşanma ilə nəticələnər.

Hansı elementə sahib olduğunuzu bilin və ona uyğun hərəkət edin

Digər mühüm məsələ isə həyatımıza rahatlıq qatan, həyatımızın üçdə birini keçirdiyimiz döşək seçimidir. Çarpayı və başlığın materialı, baş örtüyünün hansı istiqamətə baxması və s. kimi vacib məqamları nəzərə almaq lazımdır. Məsələn ,torpaq elementli şəxs üçün qəhvəyi taxta çarpayı və başlıq uğurludur.

Rənglər haqqında düşünün

Otağınız üçün ideal rənglər rahatlaşdırıcı rənglər olan mavi, bənövşəyi və bejdir. Qırmızı və çəhrayı ehtiras rəngidir. Otağınıza biraz romantika qatmaq istəyirsinizsə, boya yerinə qırmızı və ya çəhrayı rəngdə  örtüklər və yastıqlardan istifadə edə bilərsiniz.

Otağınızı yığışdırın

Otağınız rahat və səliqəli bir yer olmalıdır. Otaqda çox əşya saxlamayın. Həmçinin çarpayınızın altına artıq əşya yığmayın. Boşanma sənədləri kimi bütün mənfi enerji obyektlərini atın.

Fenq Şuiyə görə yataq otağınızı bəzəyərkən bunlara diqqət yetirin

•Çarpayı qapıyla üzbəüz yerləşdirilməməlidir

•Yatağın ayağı qapıya baxmamalıdır. Bu, Fenq Şuidə tabut mövqeyi adlanır və uğursuz bir mövqedir

•Yatağın başı şəxsin şanslı, müsbət kompas istiqamətinə nisbətən yerləşdirilməlidir. Yenə də çarpayının başı möhkəm divara qarşı olmalıdır. Pəncərənin qarşısında bitişik divarı tualet və ya hamam olan divara başlıq qoyulmamalıdır.

•Yataq otağı əsas giriş qapısından görünməməlidir. Girişin yaxınlığında yerləşən yataq otağı adamın evə girən kimi özünü yorğun hiss etməsinə və yatmaq istəməsinə səbəb olur. Yataq otağı girişdən ən uzaqda olmalıdır

•Yataq otağında bagua xəritəsini müşahidə edərək istədiyiniz sahələri aktivləşdirə bilərsiniz. Tamamilə şəxsi proqram olsa da, son dərəcə təsirli olur. Daha çox bolluq istəyirsinizsə, yataq başınızı şəxsi uğurunuz istiqamətində, akademik təhsil dövründəsinizsə, şəxsi inkişaf sahəsində və ya tərəfdaş istəyirsinizsə, sevgi və evlilik istiqamətində yerləşdirə bilərsiniz

•Otağınızda güzgüdən istifadə etmək istəyirsinizsə, güzgünü çarpayının kənarlarına qoyun

•Televizoru, kompüteri, stolu və idman avadanlığını otağınızda saxlamayın. Otağınız sizin istirahət yerinizdir. Yuxu və iş enerjisi uyğun olmadığı üçün siz masa və kompüteri də çıxarmalısınız

• Zəngli saat və telefon çarpayının yanında deyil, otağın digər tərəfində olmalıdır. Xoşbəxtlik və ilham yaratmaq üçün rəsmlər və bədii əşyalar da cüt-cüt yerləşdirilməlidir. Lüks yataq dəstləriniz varsa, onlar da çarpayıda olmalıdır.

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş