Bu gün:

Türkiyənin müxalifət lideri etirazların hər şəhərdə davam edəcəyinə söz verib


Türkiyənin ana müxalifət partiyasının rəhbəri bildirib ki, ya növbədənkənar prezident seçkiləri təyin olunana, ya da İstanbulun məhbus meri Əkrəm İmamoğlu həbsdən azad olunana qədər etirazlar "hər şəhərdə" davam edəcək.

Bələdiyyə sədrinin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel bildirib ki, ümummilli etirazlar bu şənbə İstanbulda çox böyük bir nümayişi əhatə edəcək. Onun sözlərinə görə, bu, partiyanın 2028-ci ildə keçiriləcək seçkilərdə İmamoğlunun ölkənin növbəti prezidenti olması üçün kampaniyanı açacaq.

"Getdiyimiz hər bir şəhərdə onların tarixinin ən böyük mitinqlərini keçirəcəyik"

Çoxlu tərəfdarları olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nümayişləri "küçə terroru" kimi pisləyərək etirazçıları polisə hücum etməkdə və ictimai əmlaka ziyan vurmaqda ittiham edib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et