Bu gün:

Zelenski əzəli düşməninin səhhətinə münasibət bildirib: “Putin tezliklə öləcək”


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin səhhətini qiymətləndirib. O, uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə apardığı iddia edilən Rusiya liderinin "tezliklə öləcəyini" iddia edib. Putinin xərçəng və ya Parkinson xəstəliyinə tutulması ilə bağlı şayiələr var.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin səhhətində problemlərlə mübarizə apardığı ilə bağlı şayiələr arasında "tezliklə öləcəyini" iddia edib . 

Britaniyanın “Daily Mail” qəzetinin məlumatına görə, Zelenski dünən Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərə müsahibəsində Putinin səhhətinin vəziyyəti ilə bağlı sərt qiymətləndirmələr edib

Zelenski: “Putin tezliklə öləcək, bu, faktdır və son da olacaq”. danışdı.

Putin uzun müddətdir ki, səhhətində problemlərin olması ilə bağlı şayiələrlə üzləşib. 72 yaşlı liderin son illərdə şişmiş üzü, qıvrılan ayaqları və qanlı gözləri inkişaf etdirərək, fərziyyələri daha da artırıb.


2022-ci ildə baş verən məşhur hadisədə o vaxtkı müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiya lideri kresloda əyilib oturaraq, masanı tutaraq və sözlərini udaraq danışması ilə diqqət çəkib.

Onun davamlı öskürməsi, əlləri və ayaqlarının qeyri-ixtiyari əsmə hərəkətləri etməsi barədə məlumatlar da var.


Bütün əlamətlər bir araya gəldiyində Putinin xərçəng və ya Parkinson xəstəliyi olduğu iddia edildi.

Dünən axşam verdiyi müsahibədə Zelenski Putinin “Avropa İttifaqına daxildən hücum etməyə çalışdığını” da iddia edib. 


Mənbə:NTV.com 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et