Bu gün:

Tutuquşuların necə danışdığı ortaya çıxdı


Tutuquşular insanları təqlid etməkdə o qədər bacarıqlıdır ki, "tutuquşu kimi təkrar etmək" ifadəsini ortaya çıxarıblar. Lakin biz bu quşların inanılmaz təqlid qabiliyyətini çoxdan bilsək də, onların bu cür mürəkkəb və çevik səsləri necə çıxardıqları sirr olaraq qalır. İndi, quşların beyinlərini araşdıran yeni bir araşdırma tapmacaya yeni bir parça təqdim etdi və onların insanlarda nitqi idarə edən sinir bölgələri ilə əhəmiyyətli oxşarlıqları paylaşdıqlarını tapdı.

Tüklü dostlarımızın çoxu yaddaş, öyrənmə, hesablama və düşünmədə təsirli qabiliyyətlər nümayiş etdirib. Yeni araşdırma vurğulayıb ki, danışmağa gəldikdə, bütün insanlar bir az quş beyni (yaxud ən azı budgie beyni ) var və biz bununla fəxr etməliyik.

Adi budgerigarlar tez-tez ev heyvanları kimi satılan kiçik, neon yaşıl və ya sarı Avstraliya tutuquşu növləridir. Təbiətdə onlar ictimai sürülərdə yaşayırlar, toxumlarla qidalanırlar və növbəti yeməklərinin olduğu yerə qrup halında uçurlar. 

Ən böyük söz ehtiyatına malik quş üçün Ginnesin Dünya Rekordları 1728 sözdən ibarət təsirli söz ehtiyatı ilə 1994-cü ilə qədər yaşamış ev heyvanı Pak-a məxsusdur.

Bu quşların insanları necə düzgün şəkildə təqlid etdiyini və bu qədər müxtəlif səslər çıxardığını daha yaxşı başa düşmək üçün məqalənin müəllifləri cərrahi yolla kiçik zondları quşların səs orqanı olan döş qəfəsi qırtlağına bağlı olan dörd burcunun beyninə implantasiya ediblər. Sonra səslər çıxararkən hər bir quşdan sinir fəaliyyəti topladılar. Onlar budgerigarların məlumatlarını insanlar və hind bülbüllərinin məlumatları ilə müqayisə etdilər. Elmi tədqiqatlarda geniş istifadə edilən hind bülbüllərinin səs repertuarı budgerigarlar qədər çevik deyil.

Tədqiqatçılar kəşf etdilər ki, onların diqqətini cəmləşdirdikləri beyin bölgəsi, budgerigarlarda anterior arcopallium (AAC) adlanır, hind bülbüllərindəki müvafiq bölgədən daha çox insanın nitq-motor funksiyası ilə əlaqəli kortikal bölgələrə oxşar işləyir. Hind bülbüllərində səslənmələr neyron fəaliyyətinin mürəkkəb və tərcümə olunmayan ardıcıllıqla kodlandığı görünür.

Hər bir səsin beyində onu müşayiət edən özünəməxsus “barkodu” var. Hind bülbülləri mürəkkəb mahnıları öyrənə və təkrarlaya bilirlər, lakin onların beyin fəaliyyəti göstərib ki, onların öyrəndiklərini və ya improvizə etdiklərini dəyişdirmək qabiliyyəti məhduddur.

Mənbə: Cümhuriyyet
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et