Bu gün:

Rusiya Ukraynanın şimal-şərqinə raket zərbəsi endirib


ABŞ və Rusiya rəsmiləri müharibəni dayandırmaq üçün görüşərkən Rusiya Ukraynanın şimal-şərqinə raket zərbəsi endirib.Bazar ertəsi Sumı şəhərində onlarla insanın yaralanması ilə nəticələnən hücumdan sonra Ukraynanın xarici işlər naziri Andrii Sybiha deyib ki, Rusiya "sülh haqqında boş bəyanatlar vermək" əvəzinə zərbələri dayandırmalıdır.

ABŞ və Rusiya arasında danışıqların sonuncu raundu bazar ertəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başa çatıb. Gündəmin əsas mövzusu Kiyevə Qara dənizin dibi ilə ixracına icazə verən 2022-ci il üçün taxıl sazişinin canlandırılması olub.

Bunun müqabilində Moskvanın gübrə ixracına şərait yaradaraq, Qərbin sanksiyalarından xilas olmağa çalışdığı bildirilir.

Rusiya-ABŞ danışıqları 12 saat davam edib. Rusiya xəbər agentlikləri birgə bəyanatın çərşənbə axşamı yayımlanacağını bildiriblər.

Bazar ertəsi günü axşam saatlarında Ağ Evdəki mənbə Reuters xəbər agentliyinə Ər-Riyaddakı danışıqların "son dərəcə yaxşı" getdiyini və "yaxın gələcəkdə müsbət bir elanın olacağını" gözlədiyini söyləyib.

Ukraynanın milli yayımçısı Suspilne xəbər verir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri Rusiya-ABŞ danışıqlarını izləmək üçün danışıqlar aparmaq üçün çərşənbə axşamı Səudiyyə Ərəbistanında görüşəcək.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et