Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi rəsmi şəkildə həbs olunaraq korrupsiyada ittiham olunduqdan sonra ölkə boyu on minlərlə etirazçı nümayişlərə qatılıb.

İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu bazar günü keçirilən səsvermədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 2028-ci il prezidentliyinə namizədi seçilməli idi.
Onun həbsi ölkədə son on ilin ən böyük iğtişaşlarına səbəb oldu. Bazar günü axşam etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilib.
İmamoğlu ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirib. Həbs edilməzdən əvvəl isə X platformasında “Mən heç vaxt baş əyməyəcəyəm” sözlərini yazıb.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
